MBA-nın ulduz basketbolçularından olan Rassell Uestbruk karyerasını “Los Anceles Klippers” klubunda davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Bir neçə gün əvvəl 3 tərəfli dəyişiklik əsasında “Los Anceles Klippers”dən “Yuta Cazz”a keçən 34 yaşlı oyun qurususu Solt-Leyk Siti klubunu yaxın vaxtlarda tərk edəcək.

Xatırladaq ki, “cazzmenlər”lə yanaşı “Çikaqo Bullz”, “Mayami Hit” və “Vaşinqton Uizards” da Uestbrukun xidmətində maraqlı idi. Rassell cari mövsüm “Leykers”in heyətində keçirdiyi 52 oyunda orta hesabla 15,9 xal, 6,2 ribaund və 7,5 məhsuldar ötürmə ilə yadda qalıb.