"Təəssüf ki, yenə də uduzduq. Yenə üç hissə mübarizə apardıq". Sport24.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

Təcrübəli mütəxəssis ABL-də "Gəncə"yə 78:95 hesabı ilə uduzduqları matç haqqında fikirlərini bölüşüb. Əsgərov bildirib ki, məğlubiyyətin səbəbləri var: "Rəqibin heyətinin geniş olması öz işini gördü. Bizim basketbolçularımız yoruldu. Dəyişiklik etməyə də oyunçularımız yoxdur. Bu cür güclü rəqiblərlə görüşdə heç olmasa 6 legioner olsa, yaxşıdır. Bizdə bütün oyunçular yoruldu və ondan sonra hesabı saxlaya bilmədik. "Gəncə" də yaxşı mübarizə apardı. Müdafiədə super oynadı. Çalışdıq, əlimizdən gələni etdik. Amma sonda yorğunluq öz sözünü dedi. Hər halda, işləməyə davam edəcəyik. Mövsümün əsas hissəsi qarşıdadır".

 

Qeyd edək ki, bu, "Quba"nın mövsümdə 5-ci məğlubiyyəti olub. Komanda VII turdan sonra 9 xalla B qrupunun sonuncusudur.