"Leqanes"in hücumçusu Sebastyen Haller İspaniya klubundan ayrılmağı düşünür. Sport24.az xəbər verir ki, təcrübəli hücumçu məxsus olduğu "Borussiya"ya (Dortmund) dönəcək.

 

Klublar icarəyə vaxtından əvvəl xitam vermək üçün danışıqlar aparır. Futbolçu özü də "Leqanes"də qalmaq istəmir. Bu mövsüm Haller İspaniya La Liqasında 8 oyun keçirib və bir qol vurmayıb.

 

30 yaşlı forvard yayda bir mövsümlük "Leqanes"ə icarəyə verilib. Onun "Borussiya" ilə müqavilə müddəti isə 2026-cı il iyunun 30-na qədərdir.

 

Fil dişi sahili millisinin forvardı "Oser", "Utrext", "Ayntraxt"(Frankfurt), "Vest Hem", "Ayaks" klublarında da oynayıb.