"Qalatasaray"ın futbolçusu Qabriel Sara "Atletiko"nun transfer siyahısındadır. Sport24.az xəbər verir ki, İspaniya klubu 25 yaşlı futbolçunu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
"Atletiko" rəsmiləri indidən Türkiyə nəhəngi ilə danışıqlara başlayıb.
Saranın "Qalatasaray"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, "Sao Paolo" və "Norviç"də oynadıqdan sonra 2024-cü il avqustun 4-də İstanbul təmsilçisi ilə anlaşmışdı.