Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərli iki turdan sonra Türkiyə 1-ci Liqasında qələbə sevinci yaşayıblar. Sport24.az xəbər ki, təmsilçilərimizin formasını geyindiyi "Ankaragücü" "Keçiörengücü" ilə qarşılaşıb.

 

18 tur çərçivəsində keçirilən qarşılaşma Renat meydana çıxmaq şansı qazanıb. O, qarşılaşmanın 67-ci dəqiqəsində Bajiçi əvəzləyib. Nəzərli isə oyunu ehtiyat oyunçular skamyasında başa vurub.

 

Paytaxt derbisi "Ankaragücü"nün 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki Cephas vurub.

 

Qeyd edək ki, futbolçularımızın komandası 27 xalla 5-ci pilləyə yüksəlib.