"Turan Tovuz" fasilə ərəfəsində ilk transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski icarə əsasında cari mövsümün sonunadək Tovuz klubunun şərəfini qoruyacaq.

 

Mahaçqala "Dinamo"suna məxsus 22 yaşlı futbolçu Qazaxıstan təmsilçisi "Kayrat"da da legioner həyatı yaşayıb.