Azərbaycan Premyer Liqası təmsilçisi "Şamaxı" qış fasiləsində növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, komanda Murad Vəliyevi heyətinə qatıb.

 

22 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflər razılaşmanı 1 il uzada bilərlər.

 

Qeyd edək ki, Estoniyanın "Levadiya"ya məxsus olan Vəliyev icarə əsasında "Nomme Yunayted"də çıxış edib.