"Real" "Liverpul"un futbolçusu Trent Aleksander-Arnoldu transfer etmək fikrindən əl çəkmir. Sport24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

 

Komandanın baş məşqçisi Karlo Ançelotti Trentin keçidi üçün israr edir. Madrid təmsilçisinin rəhbərliyi isə mütəxəssisin istəyini reallaşdırmaq üçün çalışır.

 

Ançelotti 26 yaşlı müdafiəçi ilə müqavilənin yanvarda bağlanmasını istəyir.

 

Daha əvvəl "Real"ın Trentə 4 illik müqavilə və əhəmiyyətli imza bonusu təklif etdiyi bildirilirdi.

 

Xatırladaq ki, Aleksander-Arnoldun "Liverpul" ilə sözləşməsi gələn ilin yayına qədərdir.