"Arsenal" futbolçusu Coş Robinsonu satıb. Sport24.az xəbər verir ki, 20 yaşlı cinah müdafiəçisi karyerasını "Uiqan"da davam etdirəcək.
Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Coş ilə 3,5 illik müqavilə imzalanıb.
Robinson "Arsenal"ın yetirməsidir. O, əsas komandada debüt etməyib.