"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan gələcəyi ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Zidan yalnız Fransa millisində işləməyi düşünür. O, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra Fransa millisinə rəhbərlik edəcəyini gözləsə də, baş məşqçi Didye Deşam vəzifəsində qalıb.

 

Qeyd olunur ki, Zidan hazırda Madriddə yaşayır və yalnız Fransa millisindən təklif gözləyir.

 

Xatırlayaq ki, mütəxəssis 2016-2018 və 2019-2021-ci illərdə "Real"ı çaışdırıb.