Moldova millisində baş məşqçi Sergey Kleşenko ilə müqavilə uzadılıb. Sport24.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.
Moldova yığması Kleşenkonun başçılığı altında 2024-cü ildə 10 oyunda 6 qələbə qazanıb, 2 dəfə uduzub. O, 2021-ci ilin dekabrından yığmaya rəhbərlik edir.