Türkiyənin "Trabzonspor" klubunun qapıçısı Uğurcan Çakır karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Lans" qolkiperin xidmətində maraqlıdır.
Bu barədə "Lequipe" nəşri məlumat yayıb. Liqa 1 təmsilçisi qış transfer dönəmində heyətini yeni qolkiperlə gücləndirmək istəyir və namizədlər arasında Uğurcan da var.
Türkiyə millisinin də üzvü olan qapıçı bu mövsüm Super Liqada 16 oyuna çıxıb. Onun klubla sözləşməsi 2027-ci ilin yayına kimidir.