"Liverpul"un futbolçusu Məhəmməd Salah 2025-ci il "Qızıl top" mükafatına əsas namizədlərdən hesab edilməsi haqqında danışıb. Sport24.az xəbər verir ki, 32 yaşlı hücumçu bunun onu maraqlandırmadığını deyib:

 

"Ağlımda olan yeganə şey "Liverpul"la Premyer Lianı qazanmaqdır. Mən bunun bir parçası olmaq istəyirəm. 

 

Komandanın kuboku qazanması üçün əlimdən gələni edəcəyəm. Biz düzgün istiqamətdə gedirik. Amma bizi qabaqlamağa çalışan bir neçə başqa komanda. Onlar çox yaxşı komandalardır. Diqqətimizi cəmləməli, çox çalışmalı və daha irəli getməliyik".

 

Qeyd edək ki, "Liverpul" hazırda turnir cədvəlində 45 xalla liderdir. Salah 2019-2020 mövsümündə "mersisaydlılar"la Premyer Liqanı qazanıb.