"Bu bizim mövsümdə ən zəif oyunumuz oldu". Sport24.az xəbər verir ki, bunu "Ordu"nun baş məşqçisi Alberto Blanko "Sumqayıt" ilə oyundan (122:116) sonra deyib.

Mütəxəssis bildirib ki, matça çox arxayın çıxmaları məğlubiyyətə səbəb olub:

 

"Bunun nəticəsində "Sumqayıt" qalib gəldi. Biz yalnız 3-cü periodda oyuna qayıtdıq. Amma artıq gec idi".

 

Baş məşqçi əlavə edib ki, bu gün "Sumqayıt" istədiyi kimi oynayıb:  "Arxayınlıq məğlubiyyətlə nəticələndi".