MBA-nın iddialı komandalarından olan ''Qolden Steyt''in müdafiəçisi Kley Tompson təcrübəli Kris Polun onların sıralarına qoşulmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, bir neçə gün öncə ''Uorriors'' tanınmış oyun qurucusunu ''Vaşinqton''dan draft edib.

San-fransiskolular bunun qarşılığında paytaxt təmsilçisinə Cordan Pull ilə Rayan Rollinzi, eləcə də 2030-da draftın 1-ci nömrəsini, 2027-də isə 2-ci nömrəsini verib. Maraqlıdı ki, 38 yaşlı Pol ''Vaşinqton''a cəmi bir neçə həftə öncə keçmişdi. ''Finiks'' onu Bredli Bil ilə dəyişmişdi. Pol daim ''Qolden Steyt''ə prinsipial rəqib olan komandalarda çıxış edib. O, indiyə qədər MBA-da keçirdiyi 18 mövsümün 12-də ulduzların oyununda iştirak etməyə haqq qazanıb və 11 dəfə mövsümün rəmzi yığmasına düşüb.

Tompsonun fikrincə, öz dövrünün ən yaxşılarından biri ilə birlikdə oynamaq böyük qürurdu: "Düzdü, uzun illər onu özümüzə əsas rəqib kimi görmüşük. Bu üzdən indi Pol ilə birlikdə oynamaq bir qədər qəribə olacaq. Pol həmişə bizi məğlub etməyə yaxın olan və ya 2014-də olduğu kimi bizi məğlub edən komandalarda çıxış edib. Fikrimcə, onun liderlik keyfiyyətləri özümüzə olan inamımızı artıracaq. Belə oyunçuya ehtiyacımız var idi. Bilirəm ki, Pol ilə Stefan Karri bir-birilərini çoxdan tanıyırlar və münasibətləri çox yaxşıdı. İkisi də Şimali Karolinadandı. Ailəlikcə dostluq edirlər. Bu cür güclü oyunçularla əla anlaşacağımı düşünürəm. Polun komandamıza gəlməsindən çox razıyam''.