Rusiyada üzərində narkotik maddə tapıldığına görə həbs olunan və bir müddət sonra ABŞ-ın səyi nəticəsində vətəninə qayıdan amerikalı qadın basketboçu Brittni Qraynerin məşqçisi Vanessa Nayqard proses haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, "Finiks Merkuri”nin çalışdırıcısı Qrayner həbsxanada olduğu müddətdə basketboldan həzz almadıqlarını bildirib: “Qraynerin həbsdən azad olunduğunu eşidəndə buna inanmadıq. Brittni Rusiyada həbs cəzası çəkəndə, basketboldan həzz almırdıq. Hər günümüz iztirab dolu idi. Bu gün isə çox sevinirik. Qadərili lezbiyanı Rusiya həbsxanasından azad etdik. Amerika ona dəyər verir. Bunu görəndən sonra amerikalı olmağımla fəxr etdim. Qrayneri görəndə ümid görürəm!”.