NTD on bir basketbolçusu ilə vidalaşıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Müqavilə müddəti başa çatan kapitan Əkbər Məmmədov, legionerlər Detrek Brauninq, Tayri Boykin, Kevin Allen, Qeylen Smit, Kvinton Kempbel, Zayon Pattersen və Daniel Mudi ilə yollar ayrılıb.

 

Bundan əlavə, gənc basketbolçular Hüseyn Məmmədov, Hacisəməd Oğuz və Məhəmməd Bazzi də komandanı tərk ediblər.