Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" "Abşeron"la üz-üzə gəlib.

 

Qarşılaşma nominal meydan sahiblərini.n 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq. Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.

 

Qeyd edək ki, ötən gün yarımfinal mərhələsinin ilk görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.