''Los Anceles Leykers''in baş meneceri Rob Pelinka son draftda Ceylen Hud-Şifinonu seçmələrinə aydınlıq gətirib. Sport24.az xəbər verir ki,. ''Leykers'' draftda 17 nömrə ilə məhz bu 20 yaşlı müdafiəçini komandaya cəlb edib.

Tələbəlik səviyyəsində Hud-Şifinonun uzaq məsafədən atışlarının dəqiqliyi yalnız 33 faizə bərabər olub. Bu, MBA üçün orta göstəricidən də aşağı rəqəmdi.

Amma Pelinkanı narahat deyil: ''Çox araşdırdıqdan sonra belə qərara gəldik ki, bu basketbolçu bizim komandaya tam uyğundu. Mükəmməl müdafiəçiyə çevrilmək üçün çox gözəl fiziki göstəricilərə malikdi. Xətləri bağlamaq və atış atan oyunçunun qarşısını kəsmək bacarığına malikdi. İkili mübarizələrdə dözümlüdü. Çünki çox atletikdi. Çiyinləri iri, beli də güclüdü. 2 il öncə Ostin Rivsi seçəndə də tənqid olunmuşduq. Çünki atışlarının dəqiqlik faizi yaxşı deyildi. Amma indi o, komandada uzaq məsafədən ən yaxşı atışlar həyata keçirənlərdən biridi. Çünki üzərində işləməyi xoşlayır. Ceylendə də bu keyfiyyət var''.