Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb. 

Rəyasət Heyətinin qərarı ilə Tatyana Slojenitsina qadınlardan ibarət milli komandanın baş məşqçisi vəzifəsindən azad edilib. Bu vəzifəyə əməkdar məşqçi Elza Həsənova təyin edilib.