Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığması qrup mərhələsinin oyunlarına çıxıb.

 İlk görüşdə Filippinə 22:17 hesabı ilə qalib gələn milli növbəti qarşılaşmada Niderlanda 12:21 hesabı ilə məğlub olub. 

Qrupun son görüşündə Niderland Filippini yenib və bu millimizin 1/4 finala yüksəlməsinə şərait yaradıb. Komandamız bu gün Fransa ilə qarşılaşacaq.

 

Qadın seriyası

Azərbaycan – Filippin - 22:17
Azərbaycan – Niderland - 12:21

 

Qeyd edək ki, 12 komanda 4 qrupda mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutacaq komandalar 1/4 finala yüksələcək.