16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, A qrupunda yer alan yığmamız Gürcüstanı sınağa çəkib.

 

İlk turda Ermənistanı darmadağın edən basketbolçularımız bu dəfə də böyük fərqlə qalib gəlib. Bu qələbədən sonra milli turnir cədvəlinin zirvəsində qərarlaşıb. 

 

Qeyd edək ki, yığma sabah baş tutacaq son turda Kiprlə üz-üzə gələcək.

 

U-16-lar (qızlar) arasında Avropa çempionatı

C divizionu, A qrupu
II tur, 10 iyul
12:30. Azərbaycan - Gürcüstan - 97:40 (29:6, 23:12, 23:13, 22:9)

Cəbəllütariq. "Tersentenari" İdman Zalı

1

Azərbaycan

2

2

0

183-99

4

2

Kipr

1

1

0

48-47

2

3

Gürcüstan

2

0

2

87-145

2

4

Ermənistan

1

0

1

59-86

1