MBA-da çıxış edən “Memfis Qrizzlis” komandasının ulduz basketbolçusu Ca Morant növbəti dəfə diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, bu il ərzində iki dəfə əlində silah tutduğuna görə tənqid olunan amerikalı oyunçu bu dəfə ictimaiyyəti qorxuya salıb.

Belə ki, sosial şəbəkədə “Səni sevirəm, ana. Səni sevirəm, ata. Sən ən yaxşı qızsan. Hələlik” paylaşımı ilə yadda qalan ulduz basketbolçu intihara cəhd edə biləcəyini göstərib.

Həmin paylaşımdan dərhal sonra Morantın evinə polislər gəlib. Onlar “Memfis”in basketbolçusu ilə söhbət edib və onun intihar etməyəcəyinə əmin olduqdan sonra geri qayıdıb.