''Bursaspor''un şərəfini qoruyan Onuralp Bitim ''Çikaqo''ya keçməyin bir addımlığındadı. Sport24.az xəbər verir ki, bu məlumatl Türkiyənin ''Basketfaul'' adlı basketboll portalı yayıb.

Türkiyə yığmasının da üzvü olan 24 yaşlı basketbolçunun ''Bulls'' ilə ikitərəfli müqavilə imzalayacağı gözlənilir. İkitərəfli müqavilə MBA komandalarına basketbolçunu inkişaf liqası sayılan ''G-Liqa''ya göndərmək haqqı verir. Bu liqada ''Çikaqo''nun farm klubu sayılan ''Vindi Siti Bulls'' çıxış edir. Türkiyəli basketbolçu zaman-zaman bu kluba da göndəriləcək.

198 sm boya malik hücumçu ''Fənərbaxça'' ilə ''Valensiya''nın da hədəfində idi. Amma o, gücünü NBA-da sınamaq qərarına gəlib. Ötən mövsüm ''Bursaspor''un heyətində avrokubok və Türkiyə çempionatında 49 oyuna çıxan Bitim orta hesabla 17,9 xal, 4,2 ribaund, 3,3 ötürmə göstəriciləri ilə diqqət çəkmişdi. Avrokubokda bir neçə oyunda onu MBA-dan gələn skautlar izləmişdi.

Keçid baş tutsa, Onuralp "Çikaqo'' tarixinin 2-ci türkiyəli oyunçusu olacaq. Daha öncə 2010-12-ci illərdə ''Bulls''un şərəfini Ömər Aşık qoruyub. Maraqlıdı ki, onun da MBA-da ilk komandası məhz ''Çikaqo'' olmuşdu.

Hazırda MBA-da Fətullah Gülən tərəfdarı olan Enes Kanter ilə birlikdə 5 türkiyəli basketbolçu çıxış edir.