2 il əvvəl “Miluoki”nin heyətində MBA çempionu olan Brin Forbs həbs olunub. Sport24.az xəbər verir ki, o, ötən gün rəfiqəsini döyməkdə ittiham olunur. 
Polisin verdiyi məlumata görə basketbolçu evin yaxınlığında mübahisə edib. Onların arasında gərginlik yaşandıqdan sonra Forbs harasa gedib və qayıtdıqdan sonra mübahisə davam edib. Nəticədə əsəblərinə hakim ola bilməyən Brin qızı döyməyə başlayıb. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Daha sonra basketbolçu həbs olunub.

Xatırladaq ki, Forbs “Miluoki” ilə yanaşı MBA-da “San Antonio”, “Denver” və “Minnesota” klublarının heyətində də çıxış edib.