Yeni mövsümdən MBA-da “All Star” matçının formatı dəyişdirilə bilər. Sport24.az xəbər verir ki, daha doğrusu, liqa rəhbərliyi keçmiş varianta qayıtmaq istəyir.
Belə ki, 1951-ci ildən 2017-ci ildə mövsümün ortasında azarkeşlər səsvermə yolu ilə çempionatın ən yaxşı basketboçularını seçir və Şərqlə Qərb ulduzlarından ibarət komandalar məhz bu yolla formalaşırdı. 2018-ci ildən isə azarkeşlərlə jurnalistlər komandaların kapitanını müəyyənləşdirir, kapitanlar da özləri heyəti formalaşdırırdı. Bunun uğurlu olmadığını görən MBA rəhbərliyi yenidən əvvəlki formatı bərpa etmək istəyir.
Xatırladaq ki, bu il keçirilən “All Star” matçında Yannis Adetokumbonun komandası Lebron Ceymsin komandasını 184:175 hesabıyla məğlub edib. “Boston Seltiks”in basketbolçusu Ceyson Teytum isə matçın MVP mükafatına layiq görülüb.