"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, cənub təmsilçisi 20 yaşlı Varid Ağasızadəni heyətinə qatıb.

 

Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu "Sərhədçi" olub.

 

176 sm boya malik oyun qurucusu həm də Azərbaycanın U-20 millisinin üzvüdür.

 

Qeyd edək ki, "Lənkəran" bundan əvvəl Azərbaycanın U-18 və U-20 millilərinin basketbolçusu Rəşid Abbasov və amerikalı Qreqory Miltonu heyətinə qatıb.