MBA-da çıxış edən “Filadelfiya Seventi Siksers”in ulduzu Ceyms Harden azad agent statusu əldə etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, məşhur basketbolçu Pensilvaniya klubu ilə yeni müqaviləni imzalamağa da yaxındı.
ABŞ mətbuatının məlumatına görə, “Filadelfiya” 33 yaşlı basketbolçuya 210,1 milyon dollar dəyərində yeni sözləşmə təkif edir. Digər komandalar isə təcrübəli müdafiəçiyə maksimum 201,7 milyon dollar təklif edir.
Xatırladaq ki, Harden ötən il bu komandaya “Bruklin Nets”dən keçmişdi. 2009-cu ildən MBA-da çıxış edən Ceyms buna qədər “Oklahoma Siti Tander” və “Hyuston Rokets” komandalarının da şərəfini qoruyub.