Bu gün Bakı vaxtı ilə səhər saatlarında Okeanın o tayında, Nyu Yorkda yerləşən ''Barklays Sentr'' stadionunda MBA-nın draftı keçiril7b. Sport24.az xəbər verir ki, sürpriz qeydə alınmayıb.

Gözlənildiyi kimi, fransalı super istedad Viktor Vembanyama draftın "1 nömrə"si qismində ''San Antonio''ya seçilib. 221 sm boya və 109 kq çəkiyə malik olan 19 yaşlı mərkəz oyunçusu səhnəyə çıxaraq açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib. Vembanyama son mövsümü Fransa təmsilçisi ''Metropolitan-92''də keçirmiş və komandasını finala qədər daşıyaraq gümüş medallarla kifayətlənmişdi. Son dönəmlərdə MBA-da avropalıların ''at oynatdığını'' nəzərə alsaq, onun performansı böyük səbirsizliklə gözlənilir.

Draftda 2-ci seçimə malik olan ''Şarlott Hornets'' üstünlüyü 20 yaşlı forvard Brendon Millerə, 3-cü seçimə malik olan ''Portlend'' isə üstünlüyü 19 yaşlı Skut Hendersona verib.

Ümumilikdə draftda 242 debütant basketbolçu iştirak etdi. Onlardan 48-i ABŞ vətəndaşı deyil.