MBA-nın final seriyasında qüvvələr nisbəti bir qədər dəyişib,  Sport24.az. xəbər verir ki, ''Denver'' ''Mayami'' ilə dueldə ilk oyunda inamlı qələbə qazanmışdı. '

"Naqqets'' öz meydanında oynadığından bu gün səhər baş tutan ikinci oyunda da aşkar favorit sayılırdı. Amma ''Mayami'' finala təsadüfən yüksəlmədiyini və onları siyahıdan silməyin çox tez olduğunu göstərdi. ''Hit'' oyunun gedişində hətta 14 xal geriyə düşsə də, yekunda 111:108 hesabı ilə qalib gələrək seriyada hesabı bərabərləşdirib.

''Denver''in heyətində Camal Marreyin son saniyədəki 3 saylıq atışı uğurlu alınmayıb. Nikola Yokiçin 41 xal 11 ribaundluq dabl-dabl performansı meydan sahiblərini məğlubiyyətdən xilas etməyib.. Maraqlıdı ki, ''Denver'' bu mövsüm serbiyalı ulduzun ən azı 40 xal topladığı hər üç oyundan məğlubiyyətlə ayrılıb 

Onu da bildirək ki, ''Denver'' martdan bu yana evdə heç kimə uduzmamışdı. Yəni komanda cari pley-offda ilk dəfə fanatları önündə məğlubiyyətlə barışmalı oldu. Seriyada 3-cü oyun iyunun 7-dən 8-nə keçən gecə ''Mayami''nin meydanında baş tutacaq.