Draftın 1 nömrəsi qismində ''San Antonio''ya gələn gənc ulduz Viktor Vembanyama həm komandanın sabiq ulduzları ilə görüşüb, həm də ilk məşqinə çıxıb. Sport24.az xəbər verir kiz 20 yaşlı mərkəz oyunçusu ''Spörs''ün əfsanələri - Manu Jinobili, Tim Dankan, Devid Robinson və Şon Elliottla görüşərək onlarla şam edib. Bu ''dördlük'' ümumilikdə 12 dəfə MBA çempionu olub.
Vembanyama jurnalistlərə verdiyi qısa açıqlamada çox faydalı bir görüş olduğunu. vurğulayıb: "Bu əfsanələrlə keçirdiyim müddətdə MBA haqda o qədər yeni xəbər öyrəndim ki, heç həyatımın bu anına qədər bunların heç birini bilmirdim''.
Bundan başqa, fransalı basketbolçu ilk dəfə ''San Antonio'' formasını geyərək ilk fərdi məşqinə çıxıb. Məşq daha çox şou xarakteri daşıyıb. Maraqlıdı ki, bir neçə dəqiqə parketdə olan Vembanyamanın ilk 8 atışının hamısı qeyri dəqiq alınıb.
Onu da vurğulayaq ki, Vembanyama draftda 1 nömrə ilə seçilməsinin şərəfinə yeni klubunda məhz ''1'' nömrəli forma ilə oynayacaq.