Belarusun paytaxtı Minskdə basketbol üzrə yeniyetmələr arasında beynəlxalq turnirə start verilib. Sport24.az xəbər verir ki, Azərbaycanın 16 yaşadək qız və oğlanlardan ibarət milli komandaları yarışa uğursuz başlayıb.
İspaniyalı Alberto Blankonun rəhbərlik etdiyi oğlanlardan ibarət yığmamız Belarusun U-16 komandasına 21:79 (3:19, 5:23, 11:17, 2:20) hesabı ilə uduzub. Basketbolçularımız ikinci sınağında isə "Lokomotiv-Kuban"a 20:80 (8:23, 0:30, 10:20, 2:7) hesabı ilə məğlub olub.
Qızlardan ibarət millimiz də eyni aqibəti yaşayıb. Türkiyəli Evren Alkayanın baş məşqçisi olduğu komandamız Belarusun U-16 komandasına 27:91 (8:25, 4:29, 12:18, 3:19) hesabı ilə uduzub. Yığmamız ardınca "Samara" ilə də bacarmayıb - 42:94 (18:23, 6:26, 10:23, 8:22).
Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq. Qız basketbolçularımız Mıtişi millisi, oğlanlardan ibarət komandamız Qırğızıstanla üz-üzə gələcək.