Azərbaycan Basketbol Liqasında ilk 3 turdan sonra müxtəlif göstəricilərə görə fərqlənən ən yaxşı oyunçular bəlli olub. Sport24.az xəbər verir ki, ən çox xal qazananların siyahısına "Gəncə"nin basketbolçusu Cordan Forbs liderlik edir. O, 3 matçda 72 xal qazanmağı bacarıb.

 

Ən çox assist edən oyunçu isə "Xəzri"dən Cordan Perkinsdir. Amerikalı 35 dəfə buna nail olub.

 

Ribaundlarda liderlik "Lənkəran"nın oyunçusu Emanuel Littlsdadır. 25 yaşlı basketbolçu 35 dəfə bunu etməklə rəqiblərini qabaqlayır.

 

Top oğurlamada "Sabah"ın basketbolçusu Hassani Qravet birincidir – 5 dəfə. Bloklarda isə buna 7 dəfə nail olan "Şəki"nin amerikalısı Karl Cons başçılıq edir.

 

Qeyd edək ki, 3 turdan sonra A qrupunda "Sabah", B qrupunda isə "Gəncə" liderdir. Onların hər ikisinin 6 xalı var