Ötən həftəsonu Solt-Leyk Sitidə keçirilən “All Star” matçı hazırda basketbol ictimaiyyəti arasında geniş əks-səda doğurub. Sport24.az xəbər verir ki, MBA ulduzları arasındakı görüşün keyfiyyəti bu idman növünün həvəskarları arasında narazlıqla qarşılanıb.

Oyunda mübarizənin olmaması ən böyük qüsur kimi qiymətləndirilib. Məsələ ondadır ki, “All Star” matçının reytinqi də aşağı olub.

Amerika mətbuatının məlumatına görə, Solt-Leyk Sitidəki oyunun reytinqi 2,2-yə bərabər olub. Oyunu isə TNT və TBS kanalları vasitəsilə 4,59 milyon nəfər izləyib ki, bu da MBA tarixinin antirekordudr. Buna qədər antirekord 2021-ci ildə qeydə alınmışdı. Həmin il oyunu TV vasitəsilə 6 milyon basketbol həvəskarı izləmişdi.