"Abşeron" basketbolçusu Jaja Devislə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

ABŞ-dən olan oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, Jaja Devis ötən il Azərbaycan klubuna keçmişdi.