Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XVI tur yekunlaşır. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son oyun günündə iki qarşılaşma baş tutacaq.

 

"Şəki" "doğma divarlar" arasında "Abşeron Lions"la qarşılaşacaq. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək görüşün start fiti saat 14:00-da səslənəcək. 

 

Günün ikinci qarşılaşmasında isə "Neftçi" "Sabah"la üz-üzə gələcək. arasında baş tutacaq. Bu matç saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85) məğlub edib.