Kriştiano Ronaldo "Əl-Nəsr"dəki vəziyyətdən ciddi narazılığını bildirib və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun rəhbərliyinə ultimatum verib. Sport24.az xəbər verir ki, bu barədə "MBC" məlumat yayıb.
Mənbənin sözlərinə görə, portuqaliyalı klubun transfer siyasətindən məyus olub və düşünür ki, "Əl-Hilal"ı çempion etmək istəyirlər. "Əl-Nəsr"ə isə qəsdən diqqət ayrılmır.
Ronaldo bununla barışmağını və növbəti "transfer pəncərəsi"ndə dəyişikliklər tələb etdiyini açıq şəkildə bildirib. Əks təqdirdə, o, Səudiyyə Ərəbistanını tərk etməyə hazırdır.
Ronaldonun karyerasını "Əl-Nəsr"də davam etdirməsi üçün əsas şərt heyətin gücləndirilməsi və Dövlət İnvestisiya Fondunun rəhbərliyi tərəfindən bütün klublara bərabər münasibətin göstərilməsidir.
Qeyd edək ki, portuqaliyalı komandasının iki oyununu boykot edib.