Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında 19-cu tura start verilir. Sport24.az xəbər verir ki, günün ilk matçı Masazırda keçiriləcək.
"Sabah" "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı qəbul edir. Meydan sahibləri bu tur ərəfəsində 43 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Qonaqlar isə 27 xalla 6-cıdır. "Bayquşlar" liderliyini davam etdirmək üçün heç şübhəsiz ki, bu matçdan da 3 xalla ayrılmağı düşünür. Qış fasiləsindən sonra qələbə üzünə həsrət qalan naxçıvanlılar da avrokuboklar zonasından uzaq düşməmək üçün qələbə üçün meydana çıxacaq. Kimin sonda istəyinə çatacağını 90 dəqiqə göstərəcək.
Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XIX tur
16:00. "Sabah" - "Araz-Naxçıvan"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Masazır. "Bank Respublika Arena".