18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatı C divizionunda mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışda ilk matçına bu gün çıxıb.
B qrupunda yer alan komandamız ilk turda Albaniya ilə görüşüb. Basketbolçularımız 72:53 hesabı iləq alib gəliblər.
Qeyd edək ki, millimiz II turda Gürcüstan, qrupdakı son matçında Ermənistanla görüşəcək.
Avropa çempionatı, C divizionu
B qrupu
23 iyul
Azərbaycan – Albaniya - 53:72 (15:17, 20:6, 16:14, 21:16)
Tetoni İdman Zalı