Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” və "Murov" komandaları yoldaşlıq oyununda üz-üzə gəliblər.

Sport24.az xəbər verir ki, qarşılaşma Şuşa təmsilçisinin 3:0 (30:28, 25:19 və 25:14) hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, “Xarı Bülbül Şuşa” bundan əvvəlki yoxlama görüşündə MOİK-dən üstün olmuşdu.

"Xarı Bülbül Şuşa" cari mövsüm Azərbaycan çempionatında debüt edəcək. "Murov" isə Çağırış Kubokunda ölkəni təmsil edir.