Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
"Turan" "doğma divarlar" arasında "Azərreyl"lə qarşılaşacaq. Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşmanın start fiti saat 13:30-da səslənəcək.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq "DH Volley" - UNEC görüşü isə saat 18:00-da başlayacaq.