Kişi voleybolçulardan ibarət FİVB Çelenc Kubokunun 1/4 final görüşləri keçirilib. Sport24.az xəbər verir ki, Türkiyə voleybolçuları Dominikan Respublikasını 3:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Türkiyənin yarımfinaldakı rəqibi Ukranya voleybolçuları olacaq. Ukrayna bu mərhələdə Çini 3:1 hesabı ilə məğlub edib.

Turnirin çempionu olacaq ölkə 2024-cü ildə təşkil ediləcək Millətlər Liqasına qatılmaq hüququ qazanacaq.