Voleybol üzrə “Xarı Bülbül Şuşa” klubunun “Çelenc kuboku”nda oyunlarının vaxtı bəlli olub. Sport24.az xəbər verir ki, ilk turda Slovakiyanın “TJ Spartak MYJAVA” klubunu üstələyərək 1/16 finala yüksələn Şuşa təmsilçisi bu mərhələdə Yunanıstanın “Panathinaikos ATHENS” komandası ilə qarşılaşacaq.

Cütün ilk matçı noyabrın 21-də Bakıda AGİN-nin Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.

Komandalar arasında ikinci oyun isə noyabrın 29-da olacaq. “Xarı Bülbül Şuşa” səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 20:00-də çıxacaq.