Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

Sport24.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 final mərhələsinin ilk oyununda Niderlandda "Orion"la üz-üzə gəlib. 

Görüş rəqibin 3:1 (29:27, 19:25, 25:12, 25:19) hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab görüşü dekabrın 15-də Bakıda olacaq.

Xatırladaq ki, “Murov” 1/32 finalda Xorvatiyanın "Kitro Varazdin", 1/16 finalda isə Avstriyanın “UVC Qrats” komandasını mübarizədən kənarlaşdırıb.