Avropa çempionatının final mərhələsində çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Rusiya yığması ilə qarşılaşıb.

Sport24.az xəbər verir ki, millimizin kapitanı Ayşən Abduləzimova isə bu matçda komandamıza kömək edə bilməyib.

Voleybolçumuz dünən Bosniya və Herseqovina millisinə qarşı keçirdiyi oyun zamanı zədələnib. Müayinə zamanı məlum olub ki, Ayşənin hücum zamanı bel əzələsi dartılıb. Bu səbəbdən həkim Abduləzimovaya bir neçə gün müalicə olunmalı olduğunu bildirib.