Noyabrın 23-dən 28-nə qədər Gürcüstanın Tiflis şəhərində voleybol üzrə 16 yaşlı qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq.

Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak edəcəyi yarışda qızlarımız A qrupunda öz güclərini sınayacaqlar.

Qeyd edək ki, yarışa hazırlıq məqsədilə, məşqlər 18 nəfərlik heyətlə davam edir. Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatında çıxış edəcək millimizin baş məşqçisi, gənc, təcrübəli, voleybol üzrə qadınlardan ibarət milli komandanın məşqçisi Emin Əbilov təyin olunub.

A qrupu: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna B qrupu: Belarus, Estoniya, Litva, Polşa

23 noyabr 15:00 Azərbaycan - Ukrayna 17:30 Gürcüstan - Rusiya

24 noyabr 15:00 Gürcüstan - Latviya 17:30 Rusiya - Ukrayna

25 noyabr 10:00 Latviya - Rusiya 15:00 Azərbaycan -Gürcüstan

26 noyabr 12:30 Rusiya - Azərbaycan 17:30 Ukrayna - Latviya

27 noyabr 10:00 Latviya - Azərbaycan 15:00 Ukrayna - Gürcüstan