Müasir dönəmin tanınmış voleybolçularından biri olan Ervin Nqapet karyerasını Türkiyədə davam etdirəcək. Sport24.az xəbər verir ki, son 2 ili İtaliya təmsilçisi ''Modena''da keçirən 32 yaşlı fransalı voleybolçu yeni mövsümdə 'Halkbank Arena''nın uğurları üçün çalışacaq.

Bu kollektiv Çempionlar Liqasının son yarımfinalçısıdı. Nqapet gələn il Parisdə keçiriləcək Olimpiadaya daha yaxşı hazırlaşmaq üçün bu addımı atıb. Baxmayaraq ki, o, Fransanın heyətində Tokio Olimpiadasının qalibi olub.

Türkiyə onun karyerasındakı 5-ci ölkə olacaq. Nqapet daha öncə Fransa, İtaliya, Rusiya və İran klublarında çıxış edib.

Təcrübəli voleybolçu deyib ki, İtaliyada hər 3 gündən bir oyuna çıxırdılar:"Böyük oyunların sayı çoxdu. İstədim ki, Çempionlar Liqasında oynayan yaxşı bir komandaya keçim. Amma həmin komandanın çıxış etdiyi milli çempionatda gərgin oyunların sayı nisbətən az olsun. ''Halkbank Arena'' bu kriteriyaya tam uyğun gəldi. Olimpiada öncəsi orqanizmimi yükləmək istəmirəm. Türkiyə çempionatında rəqabət İtaliyadakı qədər deyil. Amma Türkiyədə 4 böyük klub var. Ona görə də pley-off istənilən halda maraqlı keçəcək. Həm də ''Halkbank''ın ÇL-in son yarımfinalçısı olması da diqqətimi cəlb etdi''.