16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız Avropa çempionatının 2-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq.

 

Matçları İspaniyada keçirilən B qrupunda yer alan yığmamız Estoniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, millimiz sabah İspaniya, ertəsi gün Avstriya ilə qarşılaşacaq.

 

Avropa çempionatının 2-ci seçmə mərhələsi

B qrupu, I tur

25 aprel

19:00. Azərbaycan – Estoniya
Luqo İdman Pavilyonu