Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb. Sport24.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çempionlar Liqasında iş başında olacaq.

 

Zülfüqarov E qrupunda "Levski" (Bolqarıstan) - "Şomon" (Fransa) matçında birinci hakim funksiyasını yerinə yetirəcək. Görüşün ikinci referisi lixtenşteynli Aleksander Sikanyiçdir.

 

Qeyd edək ki, Sofiyada keçiriləcək oyun bu gün yerli vaxtla saat 20:00-da başlayacaq.