Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə Bilbao "Atletik"i ilə üz-üzə gələcək.

 

Geridə qalan 2 turda maksimum xal toplayan ağdamlılardan fərqli Bask təmsilçisinin aktivində xal yoxdu.

 

"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, oyunun start fiti Bakı vaxtı saat 20:45-də səslənəcək.

 

Çempionlar Liqası

Liqa mərhələsi, III tur

20:45. "Atletik" – "Qarabağ" 1:1 (İkinci hissə)

Qol: Leandro Andrade, 1, Qorka Quruseta, 40

Hakimlər: İQOR PAYATS, Boyan Zobenitsa, İvan Mihali, Zdenko Lovriç (hamısı Xorvatiya).

VAR: İvan Bebek (Xorvatiya)

AVAR: Fedayi San (İsveçrə)

"San Mames" stadionu.

 

"Atletik": 1. Unay Simon, 17. Yuri Berçiçe, 14. Aymrik Laport, 4. Aytor Paredes, 2. Andoni Qorosabel, 18. Mikel Xaureqisar, 30. Alexandro Reqo, 8. Oyan Sanset, 9. İnaki Villiams (k), 10. Niko Uilyams, 11. Qorka Quruseta

Baş məşqçi: Ernesto Valverde

"Qarabağ": 99. Mateuş Koxlaski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 7. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov.